Nazir Əyyubovanın həyat yoldaşının yerinə onu təyin etdi

10.02.2021 14:11     Siyasi reaksiya     930

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti Alayının komandirinə yeni müavin təyin edilib.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Alay komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi idi.

Xatırladaq ki, P.Səfərəliyev təqaüdə göndərilən polkovnik Xosrov Nəcəfovun yerinə təyin olunub. Xosrov Nəcəfov Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar