Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?

22.02.2021 14:27     Siyasi reaksiya     484

Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov

bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 

Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.

Reaksiya.az

Şərhlər