Qars sazişi sərhədlərinə qayıdış başladı - Sensasiya

09.03.2021 13:15     Siyasi reaksiya     60

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün 4 saatlıq mətbuat konfransında verdiyi bəyanatlar fonunda İrəvan baş verənlərə tam sağlam baxış nümayiş etdirir. Xüsusilə Zəngəzurun tam olaraq Azərbaycanın nəzarəti altına keçmə məsələsi ətrafında müzakirələr bunu deməyə əsas verir.

Reaksiya.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Xatırladaq ki, Ermənistanın sabiq xarici işlər naziri, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının deputatı Vartan Oskanyan bu günlərdə bəyan edib ki, Ermənistanda daxili siyasi və sosial böhran davam edərsə, İrəvan Sünik (Zəngəzur) ilə tam vidalaşmalı olacaq. BIZ bütün bu əraziləri Azərbaycanın nəzarətinə qaytarmağa borclu olacağıq”, – deyə Oskanyan bildirib.

Oleq Kuznetsovun sözlərinə görə, son zamanlar Zəngəzurun qaytarılması mövzusu erməni siyasətində çox fəal şəkildə müzakirə olunur:

“Gəlin bəzi məqamlara diqqət yetirək - martın 5-də İrəvanda Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Arman Totoyan mətbuat konfransı keçirdi. Onun bu konfrasda dedikləri böyük səs-küyə səbəb oldu. Totoyan bildirdi ki, Zəngəzurda və ümumiyyətlə bütün perimetrdə sərhədlərin delimitasiyası prossesi təcili olaraq dayandırılmalıdır. Çünki artıq İrəvanda hamı başa düşür ki, bu prosseslər hələ sovet dövründə Ermənistanın "sürünən təcavüz" taktikası ilə əldə etdiyi bütün “erməni ərazilərinin” itirilməsinə səbəb olacaq”.

Onun sözlərinə görə, sözsüz ki, söhbət Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından gedir.

“Lakin Totoyan Qazax və ya Naxçıvan haqqında danışmır. Əsas müzakirələr Zəngəzur barəsində gedir. Bu o deməkdir ki, Zəngəzurun Azərbaycan torpağı olması faktı erməni xalqının özünün də beynində mövcuddur. Hətta bu fikrin daşıyıcıları Ermənistanda durmadan artır.

Artıq bəzi ermənilər özlərində güc tapıb, əsas fobiyalarını kədərli səslə səsləndirməyə qərar verib. Onlar Ermənistanda nəinki iqtisadi, həm də siyasi kollapsın qaçılmaz olduğunu, 1921-ci il Qars müqaviləsinə uyğun olan sərhədlərə qayıtmalı olduqlarını hiss edirlər. Erməni cəmiyyəti getdikcə daha aydın başa düşür ki, əgər o, ədalət qanunları ilə yaşamayacaqsa, onda o, Azərbaycanın müəyyən etdiyi güc qaydalarına uyğun yaşamalı olacaq", - deyə müsahibimiz vurğulayıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar