İlham Əliyev bu şəxsləri təltif etdi - 4 sərəncam, 2 fərman

17.03.2021 21:22     Siyasi reaksiya     56

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az sərəncamın mətnini təqdim edir:

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Osmanov Fuad Tacəddin oğlu

“Əməkdar artist”

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Klimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

“Əməkdar mədəniyyət işçisi”

Məmmədov İlham Əli İslam oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı ilə

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əlibəyli Şəfəq Ənvər qızı

“Tərəqqi” medalı ilə

Allahyarov Kamil Hüseyn oğlu

Əliyeva Fatma Oruc Kuli qızı

Səfiyeva İnarə Bahadur qızı.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Bəşirli Xatirə Bədrəddin qızı

Sadırxanov Ridvan Sultanoviç

Şamilova Kübra Əsədulla qızı.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Müəyyən edilsin ki:

1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda) və ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (birinci halda), üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1508; 2019, № 3, maddə 419, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.17-ci yarımbəndə “təmin etmək” sözlərindən sonra “, habelə Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə şəhadətnaməni tərtib etmək” sözləri əlavə edilsin;

2.2. 3.1.26-cı yarımbənddən “və dövlət büdcəsinə köçürülməsini” sözləri çıxarılsın;

2.3. 5.7-ci bəndə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun” sözlərindən sonra “27-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində və” sözləri əlavə edilsin.

3. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddə “27-ci maddəsinin 2-ci hissəsində” sözləri “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və 2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində birinci halda, üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsinə uyğun olaraq, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının ikinci cümləsinə uyğun olaraq, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin nümunəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar