Ermənistan atəşkəsi pozdu - Müdafiə Nazirliyi

26.05.2021 13:35     Siyasi reaksiya     640

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən Reaksiya.az a bildirilib.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Reaksiya.az

Şərhlər