Azərbaycan - Ermənistan sərhəddinə beton sədlər çəkmək lazımdır - TƏKLİF - VİDEO

02.06.2021 22:37     Siyasi reaksiya     2242

"O ərazilərin böyük hissəsi yaylaqlardır. Hər çobanın yanına, hər sürünün yanına əsgər dikməyəcəyik!"

Reaksiya.az xəbər verir ki, bu sözləri "Reaksiya TV"nin efirində yayımlanan "Siyasi reaksiya"  verilişinində qonaq olan "Ümid" Partiyasının sədri İqbal Ağazadə jurnalist Zaur Qəriboğlunun suallarını cavablandırarkən deyib.

"Naxçıvan da daxil olmaqla, Azərbaycan - Ermənistan sərhəddi 1007 km-ə yaxındır. Bu gün xüsusilə təhlükəli və xüsusilə bizim üçün problematik olan sərhədlər Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandır. Bu təxminən 320 km-ə yaxın bir məsafədir. 320 km-ə yaxın məsafədə, hündürlüyü 4 metr olan minimum, istinad divarının qalınlığı yarım metr olan beton sədlər çəkmək lazımdır." - deyə İqbal Ağazadə bildirib.

Verilişdə həmçinin gündəmdə olan bir çox məsələlər də müzakirə edilib.

Reaksiya.az olaraq maraqlı açıqlamalarla dolu olan sözügeden müsahibəni oxucularımıza təqdim edirik:

Şərhlər