Ərdoğan Milli Məclisdə çıxış edəcək

14.06.2021 11:51     Siyasi reaksiya     476

Milli Məclisin iyunun 16-da keçiriləcək növbədənkənar iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Reaksiya.az xəbər verir ki, iclasda Türkiyə dövlət başçısının çıxışı nəzərdə tutulub.

16 iyunda keçiriləcək iclasın gündəliyi hələ açıqlanmayıb.
 
Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar Milli Məclisin deputatları bu gün və sabah mərhələli şəkildə tibbi test yoxlanışından keçəcəklər.
 

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər