Ceyhun Bayramov diplomatları təbrik etdi

09.07.2021 11:43     Siyasi reaksiya     149

Xarici işlər naziri Ceyhun Bayramov diplomatların peşə bayramını təbrik edib.

Reaksiya.az xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.

"Dövlətimizin maraqlarının, xalqımızın milli varlığının qorunmasında, böyük Qələbəmizin siyasi əsaslarının təmin edilməsində Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən fədakar diplomatlarımızı peşə bayramı günü münasibətilə təbrik edirəm", - XİN rəhbəri bildirib.

Reaksiya.az

Şərhlər