İlham Əliyev Ankaradakı səfirimizi geri çağırdı

26.07.2021 13:38     Siyasi reaksiya     703

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Reaksiya.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Digər bir sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 

Şərhlər

Çox oxunanlar