Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür

04.10.2021 01:01     Siyasi reaksiya     78

Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür.

Reaksiya.az -ın məlumatına görə, 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, ötən ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Reaksiya.az

 

 

Şərhlər