Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alındı

21.10.2021 17:51     Siyasi reaksiya     454

“Xeyli yubanmadan sonra, nəhayət, ədalət yerini tapdı. Azərbaycan Yüksəliş Partiyası artıq dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır”.

Reaksiya.az xəbər verir ki, bu barədə partiyanın başqanı Anar Əsədli məlumat verib.

 

“Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz”, – deyən partiya lideri qurulduğu ilk gündən yanlarında olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edib ki, “Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək. Hər birimizə çıxdığımız yolda uğurlar diləyirəm”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar