Müdafiə naziri: “Azərbaycan Ordusunun gələcəkdə də böyük planları var”

09.11.2021 12:42     Siyasi reaksiya     311

“Azərbaycan Ordusunun çox saylı hərbi qulluqçuları Türkiyədə təlim keçir”.

Reaksiya.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.

“Hərbi qulluqçularımız Türkiyədə təlim keçəndən sonra Azərbaycana qayıdıb, ən mühüm birləşmələrdə xidməti davam etdirir. Bizim gələcəkdə də böyük planlarımız var”, - o bildirib.

Reaksiya.az

Şərhlər