Ruslar Qarabağda uzunmüddətli qalmaq fikrindədir - Ədalət Verdiyev - VİDEO

11.11.2021 12:17     Siyasi reaksiya     482

Bu abidənin Xankəndində inşası rus sülhməramlılarının Qarabağda daha uzun müddətli qalmaq niyyətində olduqlarını biruzə verir.

Reaksiya.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Reaksiya TV - nin efirində Siyasi reaksiya verilişində deyib.

Rusiya sülhməramlıları Qarabağda dörd il müddətinə yerləşdirilibsə, orda hansısa abidənin ucaldılması bizim üçün xoşagəlməz bir haldır.

Niyə Azərbaycan əsgəri Əfqanıstanda olanda hər-hansı bir abidə və ya ölkəmizin ordusunun orda olmasını əks etdirən bir hala yol vermədi?.. Biz digər dövlətlərə hansı münasibəti bəsləyiriksə,öz ölkəmizə qarşı da eyni münasibətləri gözləyirik.

Bu abidənin Xankəndində inşası rus sülhməramlılarının Qarabağda daha uzun müddətli qalmaq niyyətində olduqlarını biruzə verir. Bu birmənalıdır... 

Bu məsələlər adiyyatı qurumlarımız tərəfindən nəzarətə götürülməli, sərt münasibət bildirilməlidir.

Verilişin tam versiyasını oxucularımıza təqdim edirik:

Şərhlər