“Cənab Solovyov, inciməyə dəyməz, görünür, onlarda belə qəbul olunub..." - Deputat Ülvi Quliyevdən Solovyova TARİX DƏRSİ

23.11.2021 22:31     Siyasi reaksiya     3651

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətində müşahidə etdiyimiz boşluqlar cəmiyyətimizdə haqlı suallar doğurur. İstanbulda Türk Dövlətləri Təşkilatının yaranması elan edildikdən sonra bəzi Qərb ölkələrinin, xüsusən də Rusiyanın informasiya məkanında nəzərə çarpan qısqanc şərhləri diqqətdən yayınmır. Bundan az müddət əvvəl Azərbaycan ictimaiyyətində ermənipərəst mövqeyi ilə tanınan, Kremlin aparıcı təbliğatçılarından biri olan Vladimir Solovyovun açıqlamaları da cəmiyyətimzin diqqətindən yayınmadı. İctimai fikirdə birmənalı qarşılanmayan bu telejurnalist son vaxtlar İrəvanda keçirilən mitinqlər zamanı Rusiyanın əleyhinə səsləndirilən fikirlərə sərt etirazını bildirdi. Həqiqətən də, tarixən Rusiyanın yedəyində gedən ermənilərin anti-Rusiya ritorikası təkcə şimal qonşumuzda deyil, həm də ölkəmizdə maraqla qarşılanır. Araşdırmalarımız zamanı müəyyən etdik ki, Milli Məclisin deputatı Ülvi Quliyev bu nonseslə bağlı noyabrın 12-də “Haqqın.az” saytında maraqlı yazı ilə çıxış edib. Deputatın şərhinin tarixi faktlara söykəndiyini nəzərə alaraq, yazının dilimizə tərcüməsini oxucularımıza çatdırmağı məqsədəmüvafiq hesab etdik:

 

“Rusiyanın tanınmış telejurnalisti V.R.Solovyov Ermənistanın siyasi bomondunun davranışından məyus olub. Bir vaxtlar hakimiyyətin çılğın tənqidçisi olan, indi isə onun parlaq təbliğatçılarından birinə çevrilən bu jurnalisti Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Vladimir Rudolfoviç həm də ermənilərə çoxdankı və sonsuz məhəbbəti ilə tanınır.Prezident İlham Əliyevlə görüşünə qədər, o, ermənilərin mütləq müdafiəçisi kimi ad çıxarmışdı. Əksər hallarda məhz bu məsələdə onun bir jurnalist kimi obyektivliyi ikinci plana keçir.Ruslarda bu iltifatı dəqiq izah edən bir ifadə var: məhəbbətin gözü kor olur. Ruslarda bu şirin məlhəmliyi izah edən başqa, daha ağır bir ifadə də var, amma bu haqda az sonra...

     

Prezidentimizlə ünsiyyətdən sonra cənab Solovyov mümkün qədər çalışır ki, biz azərbaycanlıların hisslərinə toxunmasın və qırmızı xətti keçməsin. Lakin nə qədər səy göstərsə də, ermənilərə olan sonsuz məhəbbətini gizlədə bilmir. Kişilikdə bu cür açıq mövqe, əslində, hörmətə layiqdir. Ən azından o, şəxsi münasibətini gizlətmir.  

       

Belə mövqe hadisələrin professional və obyektiv şərhinə nə dərəcədə uyğundur sualının cavabı isə tam aydındır və o, birmənalıdır. Çünki jurnalist, xüsusən də istedadlı jurnalist bu meyarları unutmamalıdır. Əks təqdirdə, həqiqətlərin təhrifi qaçılmaz olur. Əsasən də o zaman ki, jurnalistin üzərinə ciddi təbliğat vəzifəsi qoyulur. Bu vəzifəni yerinə yetirən jurnalist əlindən gələni etməlidir ki, onun şəxsi yanaşması rəsmi xəttə ziyan vurmasın. Əks təqdirdə, günlərlə sərf edilən çoxsaatlı efir vaxtının, yumşaq desək, heç bir mənası olmur. Bu cür yanaşma ictimai şüurda yalnız qatmaqarışıqlıq yaradır, qonşu və dost ölkələrin ictimai qavramında isə anlaşılmazlığa xidmət edir...

     

Ermənistanda keçirilən son mitinqlərdə cənab Solovyovun xətrinə dəyən o olub ki, Qasparyan soyadlı birisi Rusiyanın əleyhinə xoş olmayan ifadələr işlədib. Erməni siyasi istebleşmentinin bu nümayəndəsi, üstəlik, M.Y.Lermontovun şerindən “çirkli Rusiya haqqında” misranı da yada salıb. Vladimir Rudolfoviçi o məyus edib  ki, onun gözləntisinin əksinə olaraq, ermənilər nankorluq edirlər. Onun fikirinə görə, əgər Rusiya olmasaydı, Azərbaycan Ermənistanı daha alçaldıcı məğlubiyyətə məruz qoyardı və “arsaxı” həmişəlik qəbrə gömərdi. Solovyov bir məsələdə haqlıdır: əgər Rusiya, şəxsən Prezident Vladimir Putin olmasaydı, Ermənistan öz dövlətçiliyini də həmişəlik itirərdi. V.Solovyovun “arsaxı” yenidən yada salmasına və erməniləri “ən qədim” , “ən böyük” və “müdrük” xalq kimi dəyərləndirməsinə gəldikdə isə, bütün bunlar onun şəxsi və subyektiv, ən əsası, yaradıcı təxəyyülünün uydurma məhsuludur.

     

Çox təəssüf ki, o, Azərbaycan Respublikasının ərazisində “arsax” adlı bir qurumun əsrlər boyu və bu gün də olmadığını unudur. Onu da unudur ki, rəsmi siyasi kursunu təbliğ etdiyi Rusiya dövləti də bu qondarma qurumu heç vaxt tanımayıb və indi də tanımır. Qəbul edilməsi mümkün olmayan və anlaşılmayan həm də odur ki, ermənilərə  şəxsi vurğunluğu və bağlılığı səbəbindən cənab Solovyov öz dövlət rəhbərliyinin rəsmi mövqeyinin ziddinə gedir. Halbuki,  Rusiyanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan sərhədlərinin toxunulmazlığını tanıyır, necə ki, Azərbaycan da, öz növbəsində, Rusiyanın ərazi bütövlüyünü tanıdığını elan edib. İstisnasız olaraq, bütün digər məsələlərdə Kremlin rəsmi kursuna şəksiz sadiqliyini nümayiş etdirən cənab Solovyovun məhz bu məsələdə fərqli mövqe ortaya qoyması sual doğurur. Necə deyərlər, qoy onun hakimi Kreml olsun... 

     

Jurnalistin “qədim”, “böyük”, “müdrik” erməni xalqı haqqında qoşmalarına  gəldikdə isə, nəzərə almaq lazımdır ki, tarixi həqiqəti təhrif və ya onu bilərəkdən gözardı etmək, qeyri-mümküdür. Təəssüf ki, gözlərimiz önündə məhz bu, baş verir. Ən azından, növbəti dəfə növbəti uğursuz cəhdlərdən birinin şahidiyik. Halbuki, belə cəhdlərin müəlliflərinə yaxşı məlumdur ki, onların sevimli erməniləri Qarabağa və bütövlükdə Qafqaza zamanında  köçürülüblər. Son 30 ildə  erməni işğalının acısını yaşayan azərbaycanlılardan biri kimi mənim şəxsi fikirlərim onlardan kiməsə qərəzli və ya qeyri-obyektiv görünə bilər. Məhz buna görə, həm cənab Solovyovun, həm də tarixi həqiqətləri görməməzlikdən gələnlərin yadına V.L.Veliçkonun xatirələrini salmaq istərdim. “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabında o yazırdı: “Bütün qafqazlılar bilirlər ki, ermənilər burada yerli xalq deyil. Onlara burada Türkiyədən və İrandan qaçqın kimi XlX yüzilliyin birinci yarısında peyda olublar”. Dəlil-sübutsuz  görünməsin deyə, A.Frenkel soyadlı prokurorun 1907-ci ildə Rusiya imperatoruna təqdim etdiyi bir arayışdan çıxarışa istinad etmək istərdim. Həmin arayışda yazılmışdı:“Acgözlük, intiriqabazlıq, yalançı şahidlik, satqınlıq, köləlik bu tayfanın əsas milli keyfiyyətlərindəndir... Çünki erməninin qürur duya biləcəyi vətəni yoxdur”. Şübhəsiz ki, böyük və müdrik adlandırılan heç bir xalq bu cür keyfiyyətlərlə qürur duya bilməz. Kimsə deyə bilər ki, bu, yalnız bir prokurorun subyektiv və qərəzli qənaətidir. Ona görə də, erməni tarixçisi Gevork Aslanın 1914-cü ildə yazdığı “Ermənistan və ermənilər” kitabından bu sitatı yada salıram: “Ermənilərin dövlətçilik ənənəsi olmayıb. Onlara vətən və siyasi bağlılıq anlayışları yaddır. Erməni patriotluğu yalnız məskunlaşdığı əraziyə bağlıdır”. Az tanınmayan erməni kökənli X.Abovyan isə XlX əsrdə belə yazırdı: “Bizim dilimizdə sözlərin yarısı türk və fars mənşəlidir”. “Bizlərdə ikiüzlülük hələ ana bətnində olarkən üzə çıxır” misrası da bir başqasına yox, erməni şairi Yegişe Çarensə məxsusdur. Rus generalı və diplomatı Mayevski  özünün “Ermənilərin törətdiyi kütləvi qırğınlar”  kitabında belə yazmışdı : “Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin “qəhrəmanları” həmişə öz xalqlarının xilaskarlarından daha çox, cəlladı olublar”.  Daha sonra o yazırdı: “Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır.O, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir. Səs-küylü Qarabağ probleminin mənbəyində  erməni saxtakarlığı dayanır”.

     

Kimlərinsə milli ləyaqət hissinə toxunmamaq üçün, böyük rus şairi A.S.Puşkinin ermənilər haqqında dediyi ağır, lakin çox dəqiq olan misranı yada salmaq istəmirəm. Onun qədər tanınmış A.S.Qriboyedovu isə xatırlatmamaq qeyri-mümkündür. O, 1819-cu ilin sentyabrında Mazareviçə ünvanladığı raportunda belə yazırdı: “ Bu ermənilər nə qədər murdardırlar. Onlar heç biri məni tanımaq istəmirdilər.Ancaq həmişə qulağıma pıçıldayaraq deyirlər ki, biz ruslar onların  gələcək himayədarlarıyıq. Sözdə belə deyirlər, ancaq bizi onları əzməyə hazır olan farslara satırlar”.

     

Bütün bunlara görə, Qasparyan kimilərinin unutqanlığına və nankorluğuna görə nə cənab V.Solovyov, nə də erməniləri xüsusi məhəbbətlə sevən onun digər həmvətənləri inciməməlidirlər. Ermənilərin başqa, yeni sahib tapmaları da onları incitməməlidir. Görünür, bu, ermənilərin  vərdiş etdiyi adətdir. Buna görə, onlardan inciməyə və özünü didməyə dəyməz. Bəlkə, hisslərinizin saf-çürük edilməsinin zamanı artıq yetişib...”  

 

 

Şərhlər