Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan danışıb

26.11.2021 16:45     Siyasi reaksiya     319

Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib.

O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüflər ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.

Reaksiya.az

Şərhlər