"Rusiya ilə münasibətlərin inkişafı sevindiricidir" - Prezident

26.11.2021 17:52     Siyasi reaksiya     321

“Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir”.

Reaksiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı bildirib.

“Bu il ərzində biz fəal şəkildə dialoq aparmış, görüşmüş, telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin bu dinamikası bizi çox sevindirir” – deyən İlham Əliyev ötən gün Sibirdəki kömür mədənində baş verən faciəli hadisəyə görə rusiyalı həmkarına başsağlığı verib: “Təəssüf ki, çox insan öldü. Dünən sizə teleqram göndərdim, bu gün də Azərbaycan xalqı adından Sizə də, bütün Rusiya xalqına da başsağlığı vermək istəyirəm” - Prezident qeyd edib.

Reaksiya.az

Şərhlər