Güneyli gənclər Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsinə etiraz ediblər - FOTO

01.12.2021 11:43     Siyasi reaksiya     339

Güneyli gənclər Azərbaycan şəhərlərinin coğrafi adlarının təhrif edilməsinə etiraz ediblər.

Musavat.com-un məlumatına görə, “Azad İran” “Telegram” kanalı xəbər verir ki, Tehran Bələdiyyəsinin prospekt və küçələrin Azərbaycan adlarını farsca adlara dəyişməsinin ardınca Tehranda yaşayan bir qrup güney azərbaycanlı gənc bu siyasətə etiraz olaraq lövhələrdən fars adlarını silərək həmin küçənin divarına Azərbaycan adını yazıblar.

Bu yaxınlarda Tehran bələdiyyəsi küçələrdən birinə “Şuşi” adını verib. “Şuşi” ermənilərin Qarabağdakı “Şuşa” şəhərinə qoyduğu erməni adıdır.

Qeyd edək ki, İran hökuməti bir əsrə yaxındır ki, türkofobiya, yerlərin və bölgələrin orijinal türk adlarının silinməsi siyasətini yürüdür və bu əməlini hələ də davam etdirir.

Reaksiya.az

Şərhlər