Polkovnik mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

03.12.2021 17:23     Siyasi reaksiya     306

"Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər".

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu nazirliyin "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib.

O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: "İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən aslı olmayarq əlimizdən gələni edirik ki, torpaqlarımız minalardan və partlamamış mərmilərdən təmizlənsin".

Ə.Süleymanov vətəndaşlara çağırış edib: "Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar".

Onun sözlərinə görə, FHN əməkdaşları hazırda Füzuli və Ağdam rayonları ərazisində su hövzələrinin minalardan təmizlənməsinə cəlb edilib: "Su hövzələrinin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərüffatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar