Makron: "Aİ ölkələri Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər"

04.12.2021 14:41     Siyasi reaksiya     301

Aİ ölkələri Talibanı rəsmi orqan kimi tanımadan Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dohadan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz bir neçə Avropa ölkəsi ilə birgə Avropa səfirlərinin fəaliyyət göstərə biləcəyi ümumi bir yer təşkil etməyi düşünürük. Bu addım siyasi tanınma və ya Talibanla siyasi dialoqdan fərqlidir. Biz mümkün qədər tez missiyanı açmağa çalışacağıq", - deyə Fransa lideri bildirib.

O əlavə edib ki, diplomatik nümayəndəliyin açılmasından əvvəl təhlükəsizlik məsələləri həll olunmalıdır.

Reaksiya.az

Şərhlər