Çavuşoğlu: “Regionda sülhün yaranmasında Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”

04.12.2021 14:49     Siyasi reaksiya     306

“Bu gün bölgəmizdə sülh bərqərar olursa, bunda Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransında çıxışında deyib.

Nazir Türkiyə XİN-in nəzdində müdafiə sənayesi şöbəsinin yaradılacağını, bununla əlaqədar hazırlıqlar görüldüyünü açıqlayıb.

Türkiyənin çətin bir coğrafiyada yerləşdiyini qeyd edən M.Çavuşoğlu meydanda güclü olmadan diplomatiyada güclü olmanın mümkünsüzlüyünü vurğulayıb: “Meydanda güclü olmağın yolu isə yerli və milli müdafiə sənayesinin inkişafından keçir”.

Nazir onu da deyib ki, gələn il Antalyada baş tutacaq Beynəlxalq Diplomatiya Forumunda müdafiə sənayesinə dair xüsusi toplantının keçirilməsi də nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar