Azad edilmiş ərazilərdə daha 30 mina aşkarlanıb

06.12.2021 12:17     Siyasi reaksiya     97

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, 29 noyabrdan 4 dekabra qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Reaksiya.az

Şərhlər