Azərbaycan yeni silahlar istehsal edəcək

06.12.2021 14:07     Siyasi reaksiya     332

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub.

Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir.

Bu barədə MSN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. “Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib”, - qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar