Erməni hərbçi əsgər yoldaşını güllələyib

09.12.2021 11:48     Siyasi reaksiya     128

Ermənistanda hərbçi öz əsgər yoldaşını güllələyib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yerli media hazırda araşdırma aparıldığını yazıb.

"2003-cü il təvəllüdlü çağırışçı Senik Arturoviç Saakyan müdafiə nazirliyinin ölkənin cənub-şərq istiqamətində yerləşən N saylı hərbi hissəsində ağır güllə yarası alıb. Hadisə dekabrın 8-də saat 23:50 radələrində baş verib. İlkin məlumatlara görə, Saakyanı həmkarı güllələyib. Əsgərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır,-məqalədə yazılıb.

Reaksiya.az

Şərhlər