XƏBƏRDARLIQ! "Çox sayda rus əsgəri öləcək"

09.12.2021 12:44     Siyasi reaksiya     338

"Rusiyanın qarşısını almaq üçün ABŞ və İngiltərə kimi müttəfiqlərlə çalışırıq".

Publika.az-ın xəbərinə görə, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba İngiltərəyə səfəri zamanı "Sky News"a müsahibəsində deyib.

Ukrayna ordusunun ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayan Kuleba deyib:

"Onlar (müttəfiqlər) iqtisadi cəhətdən hücuma keçə bilərlər. Biz də quruda döyüşəcəyik. Bunu söylədiyim üçün üzgünəm. Amma çox sayda rus əsgəri öləcək. Ümid edirik ki, prezident Putin bunun baş verməsini istəmir".

"Rusiyanı çəkindirmək üçün siyasi mesajlar, sanksiyalar və tərəfdaşlarla daha sıx hərbi əməkdaşlıq daxil olmaqla üç istiqamətli bir yanaşma var", -XİN rəhbəri bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar