UNICEF-in yeni rəhbəri bəlli oldu

11.12.2021 08:57     Siyasi reaksiya     340

Amerikalı Ketrin Rassel Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yeni icraçı direktoru olub.

Reaksiya.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Dücarrik bildirib.

“UNICEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antonio Quterreş fondun yeni direktoru vəzifəsinə ABŞ-dan olan Ketrin Rasselin təyin olunduğunu elan edib”, - deyə Ducarrik vurğulayıb.

Xatırladaq ki, bunadək qeydolunan vəzifəni 2018-ci ilin yanvarından UNICEF-ə rəhbərlik edən Henrietta For tutub.

Reaksiya.az

 

Şərhlər