Hikmət Hacıyev: “Azərbaycan 90-cı illərin əvvəlində informasiya savaşına hazır deyildi”

11.12.2021 15:54     Siyasi reaksiya     359

Azərbaycan müstəqilliyinin ilk illərində informasiya savaşı ilə üz-üzə qalıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti hibrid savaşla müşayiət olunurdu.

“Həmin dövrdə biz informasiya savaşına qarşı hazırlıqlı deyildik. Ona görə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və bu işğalın terrorla, aqressiv separatizmlə müşayiət olunmasına baxmayaraq, dünya Azərbaycanı qınayırdı. Öldürülənlərin azərbaycanlılar olmasına baxmayaraq, guya azərbaycanlıların erməniləri öldürməsi təqdim edilirdi. Qondarma “erməni soyqırımı” adı altında bütün dünyada bu təbliğat həyata keçirilməkdə idi. Biz 90-cı illərin əvvəlində anladıq ki, haqlı olmaq yetərli deyil. Haqlı olduğumuzu dünyaya çatdırmaq daha önəmlidir”, - Prezidentin köməkçisi qeyd edib.

Reaksiya.az

 

Şərhlər