Əli Həsənovun polkovnik oğlu vəzifəsindən çıxarıldı

14.12.2021 08:41     Siyasi reaksiya     319

Baş nazirin sabiq müavini Əli Həsənovun Daxili İşlər orqanlarında çalışan oğlu vəzifəsindən azad olunub.

Reaksiya.az qaynarinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bir müddət əvvəl DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, polis polkovniki Emin Həsənov vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Emin Həsənov bundan əvvəl Binəqədi rayon Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Reaksiya.az

Şərhlər