Mövlud Çavuşoğlu: “Ermənistanda səfirlik açmırıq, birbaşa dialoq üçün xüsusi nümayəndə təyin edirik”

14.12.2021 09:05     Siyasi reaksiya     300

“Türkiyənin Ermənistanda səfirlik açacağı haqqında yanlış anlaşılma olub. Mən son çıxışımda belə bir fikir səsləndirmədim”.

APA-nın xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində 2022-ci ilin plan və büdcə müzakirələri zamanı millət vəkillərinin sualların cavablandırarkən bunu bildirib.

M.Çavuşoğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: “Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.”.

Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasını tərcih edərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür: “Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”.

Reaksiya.az

Şərhlər