“Bu halda erməni məhbuslar Bakıdan qayıtmaq istəməyəcək” - Erməni deputat

14.12.2021 11:18     Siyasi reaksiya     311

“Ermənistan hakimiyyətinin məhbuslarla bağlı bəyanatı sonuncuların Bakıdan Ermənistana daha qayıtmaq istəməməsinə səbəb ola bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının üzvü Ripsime Stambulyan bildirib.

“Həmin orqanlar məhbusların hansı şəraitdə tutulduğunu nəzərə almayaraq onları tərifləməklə məşğul idilər və indi əks proses başlayıb. Hakimiyyət bundan sonra nə olacağını düşünmür. Bu, bəlkə də ona gətirib çıxaracaq ki, bizim oğlanlar Ermənistana qayıtmaqdan imtina edə və hər hansı üçüncü ölkəyə təhvil verilmələrini xahiş edə bilərlər”, - deyə deputat bildirib.
 

Şərhlər