Zahid Orucdan helikopter qəzasını təftiş edənlərə kəskin reaksiya

14.12.2021 14:10     Siyasi reaksiya     326

Milli Məclisin komitə sədri Zahid Oruc parlament iclasında helikopter qəzası ilə bağlı danışıb.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonrayaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir.

Z.Oruc daha sonra bildirib: “Birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər. Çünki hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz. İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaqmümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər. Üçüncüsü, Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələbetməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır.Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. LakinQələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz”.

Komitə sədri ardınca bildirib: “Dördüncüsü, Silahlı Qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar. Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da, 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr səlnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də onun tarixi əhəmiyyəti dəyişməyəcək. Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni “26 sentyabr”da qalıb. Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər”.

Reaksiya.az

Şərhlər