“Vilayət Eyvazov dedi ki, Saleh Rüstəmov əfvə müraciət etsə, baxıla bilər”

15.12.2021 08:11     Siyasi reaksiya     414

“Vilayət Eyvazovla görüşdə Saleh Rüstəmovla bağlı məsələni də qaldırdıq”.

"Qafqazinfo” xəbər verir ki, bunu müxalif hüquq müdafiəçisi Rüfət Səfərov “Müdafiə xətti” təşkilatının Daxili işlər naziri Vilayət Eyvazovla görüşə dair keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, V.Eyvazov Saleh Rüstəmovun həbsdən buraxılmasının onun səlahiyyətində olmadığını bildirib: “Nazirə bildirdik ki, Saleh bəyi polis saxlayıb, ittiham edib. Ondan xahiş etdik ki, Saleh Rüstəmovun azadlığa buraxılması məsələsini hökumətə bildirsin. Çünki o, Əfv Komissiyasının da üzvüdür. Eyvazov dedi ki, Saleh Rüstəmov əfv qaydasında müraciət edərsə, məsələyə baxıla bilər”.

Reaksiya.az

Şərhlər