İlham Əliyev Avropaya çağırış etdi

16.12.2021 10:14     Siyasi reaksiya     313

Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə minalar məsələsinə də toxunub.

Musavat.com xəbər verir ki, dövlət başçısı Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib.

Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər