Zelenski Rusiya barədə danışarkən Azərbaycan - Ermənistan liderlərinin görüşünü xatırladıb

16.12.2021 10:51     Siyasi reaksiya     92

Rəsmi Kiyev Rusiya ilə istənilən formatda danışıqlara hazırdır.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə mətbuata açıqlamasında bildirib.

"Ukrayna prosesin həlli üçün Rusiya Federasiyası ilə istənilən formatda danışıqlara hazırdır", - dövlət başçısı bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü də xatırladıb. Ukrayna lideri hesab edir ki, Moskva ilə Kiyev arasında da “nə vaxtsa belə olacaq”.

Reaksiya.az

Şərhlər