Saleh Rüstəmli aclığı dayandırıb

16.12.2021 14:47     Siyasi reaksiya     320

Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb.

Bunu APA-ya açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib. A.Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını rəsmən dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq".

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Reaksiya.az

 

Şərhlər