Azərbaycan Rusiyaya 1,2 mlrd. dollardan çox investisiya yatırıb

16.12.2021 14:59     Siyasi reaksiya     355

İndiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarını ötüb.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.

Onun sözlərinə görə, Rusiya isə ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda qeydiyyata alınmış Rusiya kapitallı 1 110-a yaxın müəssisə mövcuddur.

Reaksiya.az

Şərhlər