Türkiyənin Gürcüstandakı səfiri: "Qarabağa mütləq səfər edəcəyəm"

18.12.2021 14:36     Siyasi reaksiya     346

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə keçirilən qış xeyriyyə yarmarkasında Azərbaycan guşəsinə baş çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, o, Xarıbülbül formasında döş nişanı və kəlağayı alıb.
Səfir jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan stendi xeyriyyə tədbirinin ən zəngin guşələrindən biridir: "Türkiyə və can Azərbaycanın guşələrinin yanbayan olmasından qürur duydum".
F.C.Yazqan qarşıdan gələn Yeni il münasibətilə Azərbaycana təbriklərini çatdırıb: "Qardaş Azərbaycan xalqına ilk növbədə cansağlığı, bərəkət, bolluq və sevdiklərinin gözəl günlərini görə biləcəkləri il arzulayıram. Bütün bölgədə barış və sabitliyin hakim olmasını, Azərbaycanın halal torpaqları üzərində rifahı yüksəldəcəyi il diləyirəm".
Xanım səfir Qarabağa səfər etmək arzusunda olduğunu qeyd edib: "Səfərin baş tutmasını çox arzulayıram. Səfir kimi olmasa da, Fatma Ceren Yazqan kimi Qarabağa mütləq səfər edəcəyəm".

Şərhlər