İrəvanda "Zəfər" ayaqqabıları satılır - FOTO

20.12.2021 10:13     Siyasi reaksiya     338

Ermənistan rəsmi olaraq Türkiyədə istehsal olunan mal və məhsulların ixracını faktiki yasaqlayaraq boykot siyasəti tətbiq etsə də, qonşu ölkənin istisnasız olaraq bütün iri və orta ticarət mərkəzlərində, marketlərində və dükanlarında Türkiyə istehsalı olan məhsullaran rast gəlmək adi məsələdir.

Milli.Az bildirir ki, Ermənistan müxalifətinin media qurumları isə bunu az qala "milli xəyanət" kimi qələmə verirlər.

İrəvandakı ticarət mərkəzlərindən birində Türkiyədə istehsal olunmuş ayaqqabılar satılıması ilə bağlı süjet də hazırlanıb.

Ayaqqabılar Türkiyədəki "Zafer Türkoğlu" şirkətinin məhsullarıdır.

Sosial şəbəkələrin erməni seqmentində isə böyük qalmaqal yaşanır. Belə ki, ermənilər, şirkətin adının təsadüfən "Zafer" olmadığını, İrəvanda "Zəfər" ticari nişanı ilə məhsulların satılmasının "Ermənistana təhqir və mesaj olduğunu" vurğulayırlar.

Reaksiya.az

 

Şərhlər