Milli Məclis Azərbaycan Prezidentini təbrik etdi

24.12.2021 12:32     Siyasi reaksiya     435

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyidir. Spiker İ.Əliyevin həyat yolundan bəhs etdi, dövlət başçısının haqqında yüksək fikirlər söylədi.

Musavat.com xəbər verir ki, sədr Azərbaycan Prezidentinin rəhbərliyi ilə 18 ildə qazanılan nailiyyətlərdən bəhs etdikdən sonra İ.Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan Zəfərimizdən bəhs etdi. O dedi ki, dövlət başçısı özü dediyi kimi, Qarabağı düşməndən azad etməklə o, ata vəsiyyətini yerinə yetirdi.

S.Qafarova Qarabağda aparılan quruculuq işlərindən, Zəngəzur dəhlizinin açılması ilə bağlı həyata keçirilən uğurlu siyasətdən, ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, atılan addımlardan bəhs etdi. Əlavə etdi ki, Azərbaycanın qazandığı uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var.

“Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, möhtərəm prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir”, spiker söylədi. Qeyd etdi ki, Milli Məclis Prezidentin 60 illik yubileyi ilə bağlı təbrik məktubu hazırlayıb. Deputatlar sürəkli alqışları ilə təbrik mətninə dəstək ifadə etdilər.

Şərhlər

Çox oxunanlar