Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıdıblar

27.12.2021 13:22     Siyasi reaksiya     140

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz vətənə qayıdıblar.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Şərhlər