Zahid Oruc: “...Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”

30.12.2021 12:23     Siyasi reaksiya     318

Milli Məclisin komitə sədri Zahid Oruc parlamentdəki iclasda çıxışında bildirdi ki, Türkiyə dövləti Amerikadakı keçmiş səfiri, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edib.

Musavat.com bildirir ki: “Ardınca İrəvan da danışıqlar üzrəöz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir, deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevdilən “erməni layihəsi”nin bağlanmasına fürsətaçır”, Z.Oruc bildirdi.

Deputatın qeyd etdi ki, göründüyü kimi, hərbi Zəfərimiz tarixi düşmənçiliyəson qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər: “Lakin Türkiyə-Ermənistan açılımı düz 12 il qabaq Ankara və İrəvan arasında barış yaratmağa çalışan və Sürix prosesi adlandırılan hadisələri təkrar yada salır. O illər bilavasitə məxfi danışıqlarda iştirak edən sabiq nazir Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları TürkiyəniAzərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri Amerika, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı daram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu.O vaxt dövlət katibi xanım Klinton prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risqlərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı. Əgər plan gerçəkləşsəydi, ErmənistanAzərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə bəlkə dəbaş verməzdi, Qarabağın taleyi indi fərqli olardı. Deməli, bizi Qələbəyə gətirən yol həm də Sürix prosesi və digər diplomatik tələlərə zərbə vurulmasından keçir”. Z.Oruc bildirdi ki, indiki açılım prosesi paralel gedir: “Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür.

O vaxtkı “normalaşma” isə bizim iradəmizəzidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi.İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onunson xilas şansıdır. Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir. Əlbəttə, hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünyaerməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib onu “Əliyev protokolları”kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”.

Şərhlər