Fazil Mustafa: “2022-ci ili Bakı şəhərinin xilası ili kimi elan etməliyik”

30.12.2021 12:37     Siyasi reaksiya     269

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında paytaxt Bakının tıxac problemindən danışdı. Bildirdi ki, bir vaxtlar nəqliyyatı intellektual idarəedilməsi ilə bağlı sistemin yaradıldığı elan olunanda vəziyyətin sabitləşəcəyinə böyük ümidlər var idi. Ancaq deputat əlavə etdi ki, bu istiqamətdə gözləntilər özünü doğrultmadı.

Musavat.com-un xəbərinə görə, F.Mustafa qeyd etdi ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə intellektsiz idarəetmə adı qoyulsa da, burada hər hansı intellektli idarəçilik müşahidə olunmadı. “Əvvəllər tıxac pik saatlarda olurdu. Amma indi pik saat məsələsi yoxdur”, deputat bildirdi. Əlavə etdi ki, bunun səbəbi düzgün olmayan idarəçilikdi. “İnsanların 3-4 saat tıxacda qalmasının iqtisadiyyatımıza vurduğu zərbəni artıq sadə məntiqlə hesablamaq mümkündür”, - F.Mustafa bildirdi.

F.Mustafa dedi bir məmur saat 9-da başlayacaq işə gəlmək üçün gərək saat 7-də evdən çıxsın: “2022-ci ili Bakı şəhərinin xilası ili kimi elan edib, bu istiqamətdə çalışmalıyıq. Nələr etməliyik ki, insanlar tıxacda bu qədər zaman itirməsinlər, bu barədə düşünməli, yol xəritəsi təqdim etməliyik”.

Şərhlər