BMT Qazaxıstandakı vəziyyəti şərh edib

06.01.2022 09:49     Siyasi reaksiya     62

“BMT Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir, bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir”.

APA xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

“Hazırkı hadisələrdə iştirak edənlərin təmkin nümayiş etdirmələri, zorakılıqdan çəkinmələri və bütün problemlərin həlli üçün dialoqu təşviq etmələri çox vacibdir", - deyə S.Dujarrik vurğulayıb.

Şərhlər