Bayramov Çavuşoğlu ilə Qazaxıstanda baş verənləri müzakirə edib

06.01.2022 11:48     Siyasi reaksiya     155

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

\Nazirlər Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

Reaksiya.az

Şərhlər