Unun bahalaşması ÇÖRƏK ÜSYANI yaradacaqmı? - VİDEO

06.01.2022 12:05     Siyasi reaksiya     161

Son günlərin ən aktual mövzusu ölkədə unun qiymətinin bahalaşmasıdır. Məlumata görə, “Karmen” ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, “Faduoğlu” ununun kisəsi 28manatdan 38 manata, “Sünbül” ununun kisəsi isə 29 manatdan 39 manata qalxıb. Yəni çörək və un məmulatlarının bahalaşması qaçılmazdır.
 
Azərbaycanın iri un və çörək istehsalçıları iki gün əvvəl müraciət yaymışdılar. Xəbərlər bu başlıqla verilmişdi. Amma istehsalçıların adları qeyd edilməmişdi. Maraqlıdır ki, niyə rəsmi
qurumlar, hər hansı dövlət rəsmisi bahalaşmanı izah edəcək açıqlama vermək əvəzinə adı açıqlanmayan istehsalçılar müraciət yaymışdılar. Həmin istehsalçılar da açıqlamalarında bahalaşmaya bir neçə səbəb göstərmişdilər. Məsələn,baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası...
 
 
Bəzi ekspertlər iddia etməyə başlayıblar ki, unun bahalaşması xalqla dövlət başçısını üz-üzə qoymaq üçündür.
 
Bu bahalaşmanın hansı fəsadları ola bilər?..
 
Bu və digər mövzuları Reaksiya TV -nin efirində iqtisadçı ekspert Nazim Bəydəmirli ilə müzakirə edirik:
 
 

Şərhlər