Zakir Həsənovla Hulusi Akar telefonla danışdı

10.01.2022 15:46     Siyasi reaksiya     351

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.
 
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz rəsmi tviter hesabında paylaşıb.
 
Məlumata görə, Zakir Həsənov söhbət zamanı Akçakaledə Türkiyə ordusunun 3 hərbi qulluqçusunun şəhid olması ilə bağlı başsağlığı verib.
 
Bununla yanaşı, tərəflər hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətləri barədə də fikir mübadiləsi aparıblar. 
 

Şərhlər

Çox oxunanlar