BMTM: “Orta Asiyada Türkiyə-Rusiya deyil, Rusiya-Çin maraqları toqquşur”

14.01.2022 12:57     Siyasi reaksiya     323

“Qazaxıstanla bağlı sosial şəbəkələrdə verilən şərhlər emosionaldır, Ermənistan və Rusiya mətbuatında isə bu hadisələri təhrif edən məqamları tirajlayırlar”.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycan mediasına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F.Şəfiyev Rusiyanın Türkiyəni Qazaxıstandan sıxışdırıb çıxarması haqqında iddialar irəli sürülür: “Qazaxıstanda proseslər sosial-iqtisadi məsələlərlə bağlı başlayıb. Burada Turan məsələsi yoxdur, Türkiyənin Orta Asiyada aktiv siyasəti də yoxdur. Oradakı hadisələrə bu prizmadan baxmaq yanlışdır. Orada Türkiyə-Rusiya rəqabətini şişirtmək bizim maraqlara ziddir. Düzdür, iki ölkə arasında rəqabət var. Ancaq Orta Asiyada daha çox Türkiyə-Rusiya deyil, Rusiya-Çin maraqları toqquşur”.

BMTM İdarə Heyətinin sədri qeyd edib ki, KTMT qoşunlarının Qazaxıstanda uzun müddət qalacağı barədə iddialar da əsaslı deyildi.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar