“Qarabağda niyə sonadək getməməyimizin səbəblərini indi açıqlaya bilmirik” - Mərkəz rəhbəri

14.01.2022 13:15     Siyasi reaksiya     370

"İrəvan xanlığı bizim tərəfimizdən yaradılmış bir dövlət idi. Biz ora bu və ya digər formada qayıtmalıyıq. Ermənistan tərəfi digər məsələləri müzakirə etməyə hazırdır. İrəvana azərbaycanlıların qayıtması isə onlar üçün qəbul edilmir".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın diplomatik və hərbi sahədə tətbiq etdiyi güc nəticəsində Ermənistan əvvəl dəmiryolunun, daha sonra avtomobil yolunun açılmasına razılıq verib.

“İndi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik. Ancaq bunu indi açıqlaya bilmirik. Bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”, - o vurğulayıb.
 
 

Şərhlər