Ümid Partiyasının Rəyasət Heyəti növbəti toplantısını keçirib

15.01.2022 12:33     Siyasi reaksiya     30

Yanvarın 14-də Rəyasət Heyəti növbəti iclasını keçirib.
 
Toplantıda ötən həftədə görülən işlər, qarşıda dayanan vəzifələr və cari məsələlər müzakirə edilib.
 
Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə parlamentdə boş qalan yerlərə keçirilməsi nəzərdə tutulan seçkilərdən danışıb, ümumilikdə isə iddialı namizədlərin nəinki seçki zamanı, hətta indidən dairələrdə işləməyə başlamaları tövsiyəsini verib, təşkilatlanma, vətəndaşlarla işləməyin əsas prioritet olduğunu bir daha nəzərə çatdırıb.
 
Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli seçicilərin problemlərindən danışıb, həmin problemlərin həlli istiqamətində Ümid Partiyasının təkliflərini xatırladıb, efirlər vasitəsilə də bir daha hakimiyyətin nəzərinə çatdırmağın zəruriliyini qeyd edib.
 
Partiyanın diaspor, xaricdə yaşayan vətəndaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov da seçki mühitinə hazırlaşmaqdan, bu istiqamətdəki planları və çətinlikləri qeyd edib, həlli istiqamətində təkliflərini irəli sürüb.
 
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev qarşıda dayanan 3 aylıq fəaliyyət planını Rəyasət heyətinin diqqətinə çatdırıb, müavinlik və şöbələrlə bu istiqamətdə müzakirə aparılıb, yeni təkliflər qəbul edilib. Toplantı zamanı müavinlik və şöbələr də öz sahələri üzrə 3 aylıq fəaliyyət planını təqdim edib.

 

Şərhlər