Azərbaycan XİN-dən Ermənistanın iddialarına - CAVAB

16.01.2022 14:05     Siyasi reaksiya     111

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına cavab verib.

Reaksiya.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitter hesabında yazıb.

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.

Reaksiya.az
 

Şərhlər