Qazaxıstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

20.01.2022 11:57     Siyasi reaksiya     73

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, bu barədə səfirliyin Feysbukdakı səhifəsində paylaşım edilib.

“Ümumxalq hüzn günü - 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, Qazaxıstan Səfirliyi qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir və müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edir”, - paylaşımda bildirilib.

Reaksiya.az

Şərhlər